Marketlər polietilen torba satışından gündə 30-50 min manat - GƏLİR ƏLDƏ EDƏCƏKLƏR

Marketlər polietilen torba satışından gündə 30-50 min manat - GƏLİR ƏLDƏ EDƏCƏKLƏRAzərbaycanın ticarət şəbəkələrində indiyədək pulsuz verilən polietilen torbaların pulla satışı nəticəsində marketlər ciddi gəlir əldə edəcəklər.
FED.az xatırladır ki, fevralın 15-dən etibarən, yəni 2 gündən sonra Azərbaycanın ticarət şəbəkələrində polietilen torbalar pulla satılacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib və dövlət qurumları bu tələbi marketlərin nəzərinə çatdırıblar.
Hazırda ticarət şəbəkələnində bununla bağlı hazırlıq işləri davam edir.
Bununla bağlı FED.az-a məlumat verən Azərbaycan Respublikası Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədr müavini Vüqar Nəfcəfov bildirib ki, Bakının ticarət şəbəkələri gün ərzində alıcılara təqribən 1 milyon ədəd polietilen torba təqdim edir: "Bakı şəhərindəki bütün ticarət şəbəkələrini və məhələ mağazalarını nəzərə alanda paytaxtda gün ərzində alıcılara 1 milyon ədədə yaxın polietilen torba təqdim edilir. İndiyədək bu pulsuz olduğu halda, bundan sonra pulludur".
Bu torbaların satış qiyməti artıq məlumdur və 3-5 qəpik arasında dəyişəcək.  Qiymətini nəzərə alanda torbaların satışından market şəbəkələri gündə 30-50 min manat gəlir əldə edəcəklər. Təşkilatın sədr müavini bildirib ki, bu məbləğə baxmayaraq ticarət şəbəkələri bundan qazanc əldə etməyəcəklər: "Ticarət şəbəkələri onsuz da indiyədək bu torbaları pulla alıb alıcılara pulsuz təqdim edirdilər. İndi isə elə aldıqları qiymətə  satacaqlar. Ticarət şəbəkələri bundan pul qazanmayacaqlar, amma ən azı xərclərinin bir hissəsini çıxara biləcəklər"-deyə V.Nəcəfli bildirib.

Biznes     Tarix: 14 fevral 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri