Masallıda yanğının söndürülməsinə helikopterlər cəlb olundu - VİDEO

Masallıda yanğının söndürülməsinə helikopterlər cəlb olundu - VİDEOMasallı rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
16:29
Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler valyuta kurslari bu gunun xeberleri pul qazanmaq dollarin kursu bu gun