Maşınla üstündən keçdi, sonra boğazını kəsdi - Bacı-qardaşın qatilinə AĞIR CƏZA

Maşınla üstündən keçdi, sonra boğazını kəsdi - Bacı-qardaşın qatilinə AĞIR CƏZABu il fevralın 6-da Goranboy rayonunun Qarasüleymanlı kəndində 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı, 1960-cı il təvəllüdlü Səlmi Namazovanı qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
azxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1965-ci il təvəllüdlü İlham Haqverdiyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.
İ.Haqverdiyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla adam öldürmə, 2 və daha çox şəxsi öldürmə, köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə torpaq sahəsi üstündə olub. Belə ki, Namazovlar kənddəki torpaq sahəsini ödəniş edərək alıblar. Lakin İlham Haqverdiyev həmin sahənin ona məxsus olduğunu bildirib və ailələr arasında münaqişəli vəziyyət yaranıb. Hadisənin baş verdiyi gün İlham traktora ödəniş edərək torpaq sahəsinin ətrafında çalalar qazdırıb və ərazini çəpərləmək istəyib. Həmin vaxt Səlmi Namazova və qardaşı oraya gəliblər. Münaqişənin yaranacağını görən İlham evə gedib. Bir neçə saat sonra o, geri qayıtdıqda Namazovların sahədə olduğunu görüb və münaqişə yaranıb.
Münaqişə zəminində İlham Haqverdiyev idarə etdiyi "Niva" markalı avtomobillə əvvəlcə Səlmi Namazovanı vuraraq ayaqlarının üstündən keçib. Xəsarətlər alan qadın maşının altında ikən qardaşı Pərviz bel ilə İlhama hücum edərək onu vurmaq istəyib. Bu zaman avtomobildəki bıçağı götürən İlham Pərvizə zərbələr endirib. O, yerdə yıxılı vəziyyətdə qalmış qadının gözləri qarşısında qardaşına çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazını kəsib. Daha sonra Səlmiyə yaxınlaşan İlham Haqverdiyev ona da bir neçə bıçaq zərbəsi endirib və onun da boğazını kəsib.
Hər iki şəxsi öldürən İlham Haqverdiyev daha sonra oğluna su gətirməsini deyib və əl-üzünü yuyub. O, bir fincan çay içdikdən sonra polisə zəng edərək törətdiyi hadisə barədə məlumat verib və sahədə öldürdüyü şəxslərin yanında dayanaraq polislərin gəlməsini gözləyib.
Məhkəmədə İ. Haqverdiyev bacı-qardaşı öldürməyi əvvəldən planlaşdırmadığını, hadisənin özünü müdafiə edərkən baş verdiyini deyərək peşman olduğunu bildirib.
Zərərçəkən tərəf isə dəhşətli cinayətin baş verməsində İlhamın oğlu Elbrusun da iştirak etdiyini və onun atasına kömək etdiyini bildirib.

Xəbərlər     Tarix: 19 avqust 2022

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler depozit faizleri leobank kart pul qazanmaq kripto