Mask "Twitter"də "Apple"ın reklamını bərpa etdiyini açıqlayıb
"Apple" şirkəti "Twitter"də reklam yerləşdirməsini tamamilə bərpa edib.
Bu barədə sosial şəbəkənin rəhbəri İlon Mask "Twitter Spaces"in səsli çatında keçirilən konfransda bildirib.
Milyarderin sözlərinə görə, "Apple" sosial şəbəkənin ən böyük reklamçısıdır.
Xatırladaq ki, İ.Mask daha əvvəl "Apple"ın sosial şəbəkədə reklam verməkdən imtina etməklə yanaşı, tətbiqi "App Store"dan silməklə hədələdiyini bildirmişdi. Bu hadisələrin fonunda milyarder "Apple"ın "Amerikada söz azadlığına nifrət etdiyini" qeyd edib.
Bundan sonra Mask elektronika istehsalçısının rəhbəri Tim Kuk ilə görüşüb və bildirib ki, "Twitter"in "App Store"dan potensial silinməsi ilə bağlı anlaşılmazlıq" aradan qaldırılıb. / banker.az

Çin niyə iri nüvə reaktorlarına üstünlük verir?
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı
Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı
FED faiz qərarını açıqladı
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən bahalı restoranları
Green Card nədir və onu necə əldə etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın əh bahalı brendləri - TOP-10