Maskanı yenidən məcburi edə bilərlər'- Deputatdan XƏBƏRDARLIQ
"Sentyabr ayından hökmən qabaqlayıcı tədbirlər görülməlidir. İnsanlarımızın sağlamlığının keşiyində durmaq, onların bu sahədə təhlükəsizliyini təmin etmək çox vacibdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov ölkədə koronavirusa yoluxma hallarının sayının artmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, qonşu dövlətlərdə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq sentyabrdan qabaqlayıcı tədbirlər görülməlidir:
"Sentyabrdan hökmən qabaqlayıcı tədbirlər görülməlidir. İnsanlarımızın sağlamlığının keşiyində durmaq, onların bu sahədə təhlükəsizliyini təmin etmək çox vacibdir. Dövlətimiz də həmişə bunu diqqət mərkəzində saxlayır. Ona görə də, vaxtaşırı məlumatlar verilir. Azərbaycanda da, dünya dövlətlərində də yoluxmaların sayının artması, azalması haqqında hər gün məlumatlar gedir. Dünənki xəbərlərdə də Türkiyənin Səhiyyə Nazirliyinin məlumatı getdi ki, Türkiyədə meymunçiçəyinə yoluxmaların sayı artır. Bütün bunları nəzərə alaraq, qonşu dövlətlərdəki, dünya dövlətlərindəki, bizimlə sıx əlaqələri olan dövlətlərdəki vəziyyəti, eyni zamanda ölkə daxilindəki epidemioloji vəziyyəti nəzərə alaraq, hökmən qabaqlayıcı tədbirlər görülməlidir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olan Qərargah da bunu diqqətdə saxlayır. Yəqin ki, lazımi tədbirlər görüləcək".
E.Məmmədov bildirib ki, tədbirlərin nələrdən ibarət olması Operativ Qərargahın verdiyi qərarlardan asılı olacaq:
"İndi mən bu sahədə mütəxəssis deyiləm, ancaq başımıza gələnlər bizə örnək olmalıdır. Yoluxmanın dərəcəsindən asılı olaraq, ola bilər ki, kütləvi tədbirlərə də gedilsin, yəni demirəm olsun, amma ola bilər ki, müəyyən tədbirlər tətbiq edilsin. Yaxud ola bilər ki, maska məsələsinin yenidən məcburi olması gündəmə gətirilsin. Vəziyyətdən asılı olaraq, yoluxmanın sayı kütləviləşsə, məktəblərimizdə ola bilər ki, yenidən distant təhsilə keçirilə bilər. Bunların da hamısı mütəxəssislərin, Qərargahın verdiyi qərarlardan asılı olacaq".
Aydın Nuri

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
"Freelance" nədir?