Maskın "SpaceX" şirkəti $373 mln. dəyərində bitkoin satıb
Milyarder İlon Maska məxsus olan "SpaceX" şirkəti 2021 və 2022-ci ildə aldığı bitkoinləri 373 milyon dollara satıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. "The Wall Street Journal" yazır ki, Mask 2021-ci ildə şirkətin müəyyən miqdarda kriptovalyuta əldə etdiyini bildirsə də, aktivlərin məbləğini açıqlamayıb.
"Ötən il və 2021-ci ildə "SpaceX" ümumilikdə 373 milyon dollar dəyərində kriptovalyuta satıb. "Tesla" da oxşar yanaşma nümayiş etdirir", – mesajda deyilir.
Xatırladaq ki, son 24 saat ərzində bitkoinin qiyməti demək olar ki, 11% ucuzlaşıb. Sikkənin məzənnəsi 26 min dollardan yuxarı diapazonda sabitləşsə də, ticarət edilən bitkoinlərin sayı artarsa, qiymət aşağı düşə bilər.
Avqust ayında İlon Mask sosial şəbəkə fırıldaqları haqqında xəbərdarlıq etdikdən sonra "X"in heç vaxt öz tokenlərini buraxmayacağını söyləyib.
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 2,13% artaraq 85 369,3
"Bitcoin" 83,6 min dollara yüksəlib - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində müsbət dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,40% artaraq 8
"Bitcoin" bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"