Mayda "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
May ayında Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük beynəlxalq sərgiləri təşkil ediləcək.
FED.az xəbər verir ki, sayca 18-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
2025-ci il "InterFood Azerbaijan" sərgisi üçün əlamətdar olacaq. Belə ki, regionunun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan "InterFood Azerbaijan" sərgisi 30 illik yubileyini qeyd edəcək.
Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir.
"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Çin, Cənubi Koreya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İordaniya, İran İslam Respublikası, İspaniya, İsrail, İtaliya, Latviya, Misir, Niderland, Rusiya Federasiyası, Şri Lanka, Türkiyə, Türkmənistan, Ukrayna və Yunanıstan şirkətləri artıq iştiraklarını təsdiq ediblər. Almaniya, Belarus, Gürcüstan, İtaliya, Koreya, Şri-Lanka və ilk dəfə olaraq Misir milli qruplar şəklində kənd təsərrüfatı və qida sənayesi məhsullarını sərgilərdə təqdim edəcək. "Prior Leasing ASC" bu sərginin qeydiyyat sponsoru qismində çıxış edəcək.
"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərinin təşkilatçıları "Caspian Event Organisers" şirkəti, eləcə də onun tərəfdaşları olan "Caspian Event Management" və "ICA Events" şirkətləridir.
Sərgilər haqqında ətraflı və yenilənən məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Eləcə də, 2025-ci ildə təşkil ediləcək sərgilərin təqvimini rəsmi internet səhifəsində () və sosial şəbəkə hesablarında nəzərdən keçirmək olar.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?