"McDonald's" Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək
1999-cu ildə Fəvvarələr meydanında ilk "McDonalds" restoranının açılmasından artıq 25 il vaxt keçir.
FED.az xəbər verir ki, bu illər ərzində "McDonalds Azərbaycan" şəhər həyatının ayrılmaz hissəsinə, hər gün minlərlə insanın sevdiyi və ziyarət etdiyi bir məkana çevrilib.
Hazırda şəbəkə Azərbaycanın ən böyük şəhərlərində yüz minlərlə daimi qonağa xidmət göstərən 27 restoranı əhatə edir. Şirkətdə 2500-dən çox əməkdaş çalışır ki, onların hər biri qonaqlar üçün xoş və səmimi atmosferin yaradılmasına öz töhfəsini verir.
Yubiley ili şirkətin inkişafı və innovasiyaları üçün yeni səhifə açır. Qabaqcıl texnologiyaları tətbiq edən, hər il yüzlərlə yeni iş yeri yaradan və ölkənin müxtəlif bölgələrində mövcudluğunu genişləndirən "McDonalds" böyüməyə davam edir.
Bu 25 il təkcə uğur hekayəsi kimi deyil, həm də cəmiyyətə dəstək üçün əhəmiyyətli təşəbbüslər dövrü kimi yadda qalıb. "McDonalds" ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım məqsədilə həyata keçirilən sosial layihələrə xüsusi diqqət ayırır, həmçinin Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində şəhid övladlarına dəstək layihələri həyata keçirir. Şirkət həmçinin ekoloji təşəbbüsləri fəal şəkildə dəstəkləyir və xüsusi ehtiyacları olan tələbələrə yardım göstərir, bununla da yüksək dəyərlərə sadiqliyini və Azərbaycanın gələcəyinə töhfə vermək əzmini nümayiş etdirir.
25 illik yubiley adi yubiley deyil, "McDonalds"ın azərbaycanlıların qəlbində qazandığı etimadin və hörmətin rəmzidir. Şirkət qonaqlara sevinc, keyfiyyət və unudulmaz təəssüratlar bəxş edərək, uzun illərə bəs edəcək xoş xatirələr yaradır.


EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
SMM nə deməkdir?
Bitcoin nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
Layihə menecmenti nədir?