"McDonalds" Rusiya bazarına qayıdır

"McDonalds" şirkəti Rusiyada "McDonalds" ticarət nişanını qeydiyyatdan keçirmək üçün "Rospatent"ə müraciət edib.
FED.az xəbər verir ki, ərizə 2024-cü ilin dekabrında verilib, 2025-ci ilin aprelində isə baxılmaq üçün qəbul edilib. Sənəddə qeyd olunur ki, şirkət əmtəə nişanından içki və qida məhsullarının istehsalı və satışı, o cümlədən fast-food, restoran xidmətləri və qida və içkilərin çatdırılması üçün istifadə etməyi planlaşdırır.
Əmtəə nişanının qeydiyyatı "McDonalds"ın Rusiya bazarında brenddən istifadə hüququnu qanuni şəkildə rəsmiləşdirmək istəyini nümayiş etdirir. Bu, şirkətin Rusiyadakı mümkün fəaliyyətinin bərpası istiqamətində ilk addımdır. Faktiki olaraq restoranların açılışı və ya yeni obyektlərinin tikintisi hələ təsdiqlənməyib, lakin brendin qeydiyyatı geri qayıtmaq planlarını müşayiət edir.
Hazırda Rusiyada keçmiş "McDonalds" restoranlarının bazasında yaradılan "Vkusno - i toçka" şəbəkəsi müstəqil şəkildə fəaliyyətini davam etdirir. Baş şirkətlə bütün hüquqi əlaqələr 2022-ci ildə biznesin Rusiya investorlarına satıldıqdan sonra kəsilib.
"McDonalds"ın geri dönməsi təqdirdə, o, mövcud "Vkusno - i toçka" şəbəkəsi ilə paralel olaraq öz brendi altında yeni restoranlar inkişaf etdirə bilər. Gözlənilir ki, "McDonalds"ın Rusiyaya qayıtması prosesi ticarət nişanının qeydiyyatı başa çatdıqdan və təşkilati məsələlərin həllindən sonra 6 aydan 18 aya qədər çəkə bilər.
Bundan əvvəl məlum olmuşdu ki, bir sıra xarici şirkətlər, o cümlədən "Louis Vuitton", "Kia", "Hyundai", IKEA və başqaları öz əmtəə nişanlarını qeydiyyatdan keçirmək üçün ərizələr veriblər. Qeyd edilib ki, bu, müəllif hüquqlarını qorumaq üçün adi bir təcrübədir və gedən heç bir xarici şirkət Rusiyaya qayıtmaq planlarını açıqlamayıb. (Azərtac)

Biznes     Tarix: 26 aprel 2025

Oxşar xəbərlər

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara


iqtisadi xeberler bu gunun xeberleri iqtisadiyyat xeberleri bitkoin almaq bitcoin qiymeti