Media nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO - VİDEO
"Azərlotereya" ASC ani lotereyaların çap olunduğu "Scientific Games" şirkətinin İngiltərənin Lids şəhərindəki fabrikinə media nümayəndələrinin səfərini təşkil edib.
"Azərlotereya"nın "Poz-Qazan" oyunlarında noyabrda - 10 BÖYÜK UDUŞ QAZANILDI
FED.az xəbər verir ki, nümayəndə heyəti "Scientific Games"in Lidsdəki fabrikində "Poz-Qazan" biletlərinin hazırlanması və çap prosesi ilə tanış olub. Burada lotereya biletləri müasir texnoloji avadanlıqlarla Dünya Lotereyalar Assosiasiyasının standartlarına uyğun şəkildə və insan müdaxiləsi olmadan hazırlanır. Səfərdə iştirak edən jurnalistlər onları maraqlandıran suallara cavab tapıblar.
"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu "Scientific Games"in lotereya sənayesi sahəsində öncül şirkətlərdən olduğunu vurğulayıb: "Azərlotereya" olaraq fəaliyyətimizi operativlik, şəffaflıq, təhlükəsizlik, güvən və "Məsuliyyətli Oyun" prinsipləri ilə reallaşdırırıq. Bu məqsədlə dünyanın öndə gələn şirkətlərindən – sahəsində lider olan "Scientific Games"lə əməkdaşlıq edirik.
"Azərlotereya" ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən "Scientific Games"in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Kevin Anderson məmnunluğunu gizlətməyib: "Azərlotereya" ilə sıx əməkdaşlıq edirik - "Poz-Qazan" ani lotereyaları, bizim texniki dəstəyimizlə təşkil olunan tirajlı lotereyalar, virtual mühitdə oynanılan ani lotereyalar və idman mərc oyunları. Biz bu əməkdaşlıqdan məmnunuq. Şirkətlərimiz arasında əməkdaşlıq səviyyəsi möhtəşəmdir".
Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan "Azərlotereya" ASC qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-ci ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox lotereya təşkilatçısı ilə əməkdaşlıq edir. "Azərlotereya" ASC-nin bütün ani lotereya biletləri şirkətin Böyük Britaniyada yerləşən fabrikində dizayn və çap edilir.
Qeyd edək ki, "Azərlotereya" ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?