"Məhdudiyyətlər yumşaldılsa Türk Lirəsi 12 faiz bahalaşacaq"
Türkiyədə 14 mayda keçiriləcək seçkilərdən sonrakı məzənnə və uçot dərəcəsi ilə bağlı xarici qurumların qiymətləndirmələri davam edir.
Marja xəbər verir ki, növbəti qiymətləndirmə qlobal maliyyə xidmətləri şirkəti və bank olan Citi tərəfindən aparılıb.
Citi iqtisadçıları, 2023-cü ilin 3-cü rüb və 4-cü rüb üçün Türkiyə Mərkəzi Bankının faizinə dair proqnozlarının müvafiq olaraq 25,5% və 27% səviyyəsində olduğunu bildiriblər.
Citi iqtisadçıları, Türkiyədə mərkəzi bankın pul siyasəti faizini (uçot dərəcəsini) təxminən 40% və ya daha yüksək səviyyəyə qaldırmasının daha ehtiyatlı və effektli bir hərəkət olacağını qeyd ediblər.
May ayında keçirilən seçkilərdən sonra türk lirəsinin mümkün dəyəri ilə bağlı Bankın iqtisadçıları bildiriblər ki, maliyyə bazarları ilə bağlı mövcud tələblərin tədricən yumşaldılması halında korreksiya mümkündür.
Citi iqtisadçıları qeyd ediblər ediblər ki, valyuta bazarındakı balanssızlıq daha çox kapitalın hərəkətinə tətbiq edilən məhdudiyyətlər ilə bağlıdır. Bu məhdudiyyətlərin yumşaldılması ilə Türkiyənin risk mükafatında proqnozlaşdırılan yaxşılaşma bir il ərzində Türk Lirənin təxminən 12 faiz bahalaşmasına səbəb ola bilər. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları