Məkkədə "Azərbaycan pavilyonu" böyük marağa səbəb olub
Fevralın 25-dən 27-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində "2-ci Məkkə Halal Forum" keçirilir.
FED.az xəbər verir ki, üç gün davam edəcək Foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və şirkətlər də iştirak edirlər.
Forum çərçivəsində Məkkədə iştirakçı şirkətlərin məhsullarını təqdim etməsi üçün sərgi təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi ilə sərgidə "Azərbaycan pavilyonu" qurulub. Pavilyonda Azərbaycan bayrağı altında kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərir.
Qeyd edək ki, "Azərbaycan pavilyonu" sərgi iştirakçılarının böyük marağına səbəb olub. Xüsusən də Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara geniş məlumat verilib.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında, dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gətirən Məkkə halal Forumu artıq ikinci ildir keçirilir. Forum, qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlığı yüksəltmək məqsədi daşıyır. Forum çərçivəsində dəyirmi masa və müzakirələr, B2B görüşlər və canlı aşbazlıq şouları da nəzərdə tutulub

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?