Mərkəzi Avropa Azərbaycan, Qətər və Türkiyədən təbii qaz almaq istəyir

Mərkəzi Avropa Azərbaycan, Qətər və Türkiyədən təbii qaz almaq istəyirMərkəzi Avropa Azərbaycan, Qətər, Türkiyə və digər ölkələrdən təbii qaz almaq istəyir, lakin bunun üçün Cənub-Şərqi Avropanın enerji infrastrukturu inkişaf etdirilməlidir.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşada keçirilən İqtisadi Forumda deyib.
O qeyd edib ki, Macarıstanın enerji təchizatını müəyyən edən mövcud reallıq və infrastrukturdur: "Avropa İttifaqı alternativ enerji marşrutlarının yaradılması üçün maliyyə dəstəyi göstərməlidir. Hazırda yeganə [genişləndirilməsi nəzərdə tutulan-red.] alternativ marşrut Trans-Adriatik Boru Kəməridir".
Macarıstan XİN rəhbəri bildirib ki, ölkəsi təbii qaz tədarükünü şaxələndirməyə çalışır, lakin Cənub-Şərqi Avropanın enerji infrastrukturunun imkanları çox məhduddur və Aİ bu istiqamətdə inkişafı maliyyələşdirmək istəmir.
Qeyd edək ki, Macarıstan tədarük mənbələrini şaxələndirmək üçün Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağı planlaşdırır. Peter Siyarto, Avropa İttifaqını Azərbaycan təbii qazının Rumıniya və Macarıstana çatdırıla biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini genişləndirmək üçün vəsait ayırmağa çağırıb.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Macarıstanın "MVM CEEEnergy" və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana, "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacaq" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir. / banker.az

Xəbərlər     Tarix: 07 sentyabr 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler valyuta xeberleri dollar mezenne bu gunun xeberleri leobank kart