İnflyasiya üç aydır dəyişməz qalır, faiz endirimi ehtimalı azalıb
Böyük Britaniyada illik inflyasiya sentyabr ayında da 3,8% səviyyəsində sabit qalıb.
Biznes.az xəbər verir ki, bu göstərici, iqtisadçıların və İngiltərə Mərkəzi Bankının (BoE) inflyasiyanın zirvəyə çatacağını gözlədiyi ay üçün gözlənilməz nəticə kimi qiymətləndirilir.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, inflyasiya indeksi ardıcıl üçüncü ayda dəyişməyib.
BoE ilin əvvəlində verdiyi proqnozda istehlak qiymətləri indeksinin sentyabrda 4%-ə çatacağını, daha sonra isə enməyə başlayacağını bildirmişdi. Lakin faktiki göstərici bu gözləntinin bir qədər aşağısında qalıb.
Əsas (çəkirdek) inflyasiya avqustdakı 3,6%-dən sentyabrda 3,5%-ə enib.
İqtisadçı Grant Fitzner bildirib ki, qiymətlərin ümumilikdə sabit qalması fərqli sektorlar arasındakı zidd istiqamətli dəyişikliklərdən qaynaqlanıb:
"Benzin qiymətlərində və təyyarə biletlərində yavaşlayan azalma yuxarı istiqamətli təzyiq yaradarkən, əyləncə və mədəniyyət xərclərindəki qiymət enişləri, eləcə də 2023-cü ilin may ayından bəri ilk dəfə ucuzlaşan qida və alkoqolsuz içkilər bu təsiri balanslaşdırdı".
Bu məlumat, İngiltərə Mərkəzi Bankının (BoE) 6 noyabrda keçiriləcək iclasından əvvəlki son inflyasiya hesabatı olub.
BoE-nin, 26 noyabrda açıqlanacaq payız büdcəsindən əvvəl faiz qərarlarında ehtiyatla davranacağı gözlənilir. Zəif iqtisadi artıma baxmayaraq, yüksək inflyasiya səbəbindən faiz endirimi ehtimalı aşağı qiymətləndirilir.
Schroders şirkətinin baş iqtisadçısı Corc Braun bildirib ki, inflyasiyanın 4%-ə yaxın səviyyədə qalması bazarlar üçün xəbərdarlıq siqnalıdır.
O deyib:
"Məhsuldarlıqdakı zəiflik və əməkhaqlarındakı davamlı artım səbəbindən inflyasiyanın qalıcı hala gəlmə riski var. BoE-nin faiz dərəcələrini 2026-cı ilin sonuna qədər sabit saxlayacağını gözləyirik, növbəti addımın isə faiz artımı olması ehtimal daxilindədir".

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
5 liderlik göstəricisi
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Shopify-da necə satışa başlamaq olar?