Yelo Bank-dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu
®Yelo Bank qadın sahibkarların biznes fəaliyyətini dəstəkləmək və onların maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün yeni mikro kredit məhsulunu təqdim edir. Bu təşəbbüs qadınların iqtisadi fəallığının artırılmasına, kiçik və orta sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatında onların rolunun güclənməsinə xidmət edir.
Yeni məhsul çərçivəsində qadın sahibkarlar bizneslərini genişləndirmək, yeni layihələrə sərmayə qoymaq və gündəlik fəaliyyətlərini maliyyələşdirmək üçün daha əlverişli şərtlərdən yararlana biləcəklər:
Kredit məbləği: 500 – 100 000 AZN
Müddət: 3 – 48 ay
İllik faiz dərəcəsi: minimum 8%
Güzəşt müddəti: 12 ayadək
Bu gün Azərbaycanda artıq 338 mindən çox qadın sahibkar fəaliyyət göstərir və onların sayı hər il artır. Təkcə son bir ildə qadın sahibkarların sayı 21 mindən çox artıb – bu isə qadınların biznesdə daha fəal rol oynadığını və yeni uğur hekayələri yazdığını göstərir.
Qadınların sahibkarlıq fəaliyyətinə dəstək göstərmək yalnız iqtisadi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki hər yeni qadın sahibkar – həm yeni ideya, həm də yeni inkişaf fürsəti deməkdir. Yelo Bank da bu fürsətlərin reallaşması üçün qadın sahibkarların yanınızdadır. Daha ətraflı: .
Bank xidmətləri, eləcə də mikro kredit haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları