Suriyanın yenidən qurulma xərcləri 216 milyard dollar olaraq hesablanıb

Suriyanın yenidən qurulma xərcləri 216 milyard dollar olaraq hesablanıbDünya Bankı, Suriyanın münaqişədən sonrakı bərpa xərclərinin 216 milyard dollar olaraq qiymətləndirildiyini bildirib.
Bankın açıqlamasında, ölkə miqyasında infrastruktur və tikili aktivlərinin vəziyyətini əhatə edən "Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirməsi 2011–2024" adlı hesabatın dərc olunduğu qeyd edilib.

Biznes.az xəbər verir ki, açıqlamaya görə, 13 ildən artıq davam edən qarşıdurmalardan sonra Suriyanın yenidən qurulmasının 216 milyard dollara başa gələcəyi təxmin olunur.

Hesabatda vurğulanıb ki, münaqişədən əvvəlki dövrdə ölkənin ümumi əsas kapital ehtiyatının təxminən üçdə biri zərər görüb. İnfrastruktur, yaşayış evləri və qeyri-yaşayış binalarına dəyən birbaşa fiziki ziyanın isə 108 milyard dollar həcmində olduğu təxmin edilir.

Açıqlamada qeyd olunub ki, qiymətləndirilən kateqoriyalar arasında ən çox zərəri infrastruktur görüb və bu, ümumi zərərin 48%-ni təşkil edir. Ümumi zərər baxımından ən çox təsirlənən bölgələrin Hələb, Dəməşq ətrafı və Homs olduğu bildirilib.

Fiziki aktivlərə dəyən ziyanın bərpa xərclərinin 140 milyard ilə 345 milyard dollar arasında olacağı proqnozlaşdırılır, ən real ehtimal kimi isə 216 milyard dollarlıq rəqəm göstərilir.

Açıqlamada həmçinin qeyd edilib ki, bu məbləğin 75 milyard dolları yaşayış binalarının, 59 milyard dolları qeyri-yaşayış tikililərinin, 82 milyard dolları isə infrastrukturun yenidən qurulmasına sərf olunacaq. Hələb və Dəməşq ətrafı isə ən çox bərpa investisiyasına ehtiyac duyulan bölgələr kimi önə çıxır.

Açıqlamada vurğulanıb ki, təxmin edilən fiziki yenidənqurma xərcləri Suriyanın 2024-cü il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 10 qatına bərabərdir. Bu isə ölkənin üzləşdiyi çətinliklərin miqyasını və beynəlxalq dəstəyə olan böyük ehtiyacı aydın şəkildə ortaya qoyur.

Bəyanatda bildirilib ki, münaqişə Suriya iqtisadiyyatını "tamamilə dağıdıb" və 2010–2022-ci illər arasında real ÜDM təxminən 53% azalıb.
Nominal göstəricilərə görə, ölkənin ÜDM-i 2011-ci ildəki 67,5 milyard dollar səviyyəsindən 2024-cü ildə 21,4 milyard dollara qədər enib.

Xəbərlər     Tarix: 23 oktyabr 2025

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler online pul qazanmaq iqtisadiyyat xeberleri bitkoin valyuta xeberleri