Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyirAzərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB xaricdən borclanan BOKT-ların valyuta risklərini hedcinq yolu ilə sığortalayır, bununla da onların maliyyələşmə xərclərini dolayısı ilə aşağı salır, eyni zamanda bankların rəqabət qabiliyyətini qoruyur.
"Bu nə deməkdir? Əgər xarici maliyyələşmə zəif olsaydı və xaricdən vəsait cəlb etmək mümkün olmasaydı, banklar deyə bilərdilər ki, BOKT-ların başqa maliyyələşmə mənbəyi yoxdur və buna görə də daha yüksək faiz tətbiq edə bilərlər. Lakin xarici maliyyələşməni dəstəkləyən tədbirləri, o cümlədən hedcinq imkanlarını yaratmaqla bazarda alternativ maliyyələşmə imkanlarını qoruyuruq. Nəticədə BOKT-lar maliyyələşmə üçün alternativ mənbələrdən istifadə edə bilir və bankların daha yüksək faiz tətbiq etmək imkanları məhdudlaşır. Bu da kredit faizlərinə və təklif olunan kreditlərin məbləğinə təsir göstərə bilər", - deyə AMB rəsmisi əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, mikro kreditlərin verilməsi ilə məşğul olan təşkilatlar üçün qanunvericilikdə müəyyən düzəlişlər edilməsi, banklararası rəqabətin gücləndirilməsi, həm də əlavə əməliyyat imkanlarının yaradılması nəzərdə tutulur:
"Bu məsələlər bizim gündəliyimizdədir və müvafiq çərçivədə İqtisadi Şura ilə müzakirələr aparılacaq. Sadəcə, qanunvericiliyə dəyişikliklərin edilməsi müəyyən vaxt tələb etdiyindən proses bir qədər uzun çəkir. Lakin gələn ilin sonunadək bu prosesin tamamlanması nəzərdə tutulur".
M.Mahmudzadə maliyyə sektorunun maliyyələşdirilməsi üçün ayrıca fond yaradılması ehtimalına da münasibət bildirib: "Dünyada belə bir təcrübə yoxdur. AMB sterilizasiya və yaxud likvidliyin idarə olunması mexanizmləri çərçivəsində banklara borc verir. Sterilizasiya məqsədi ilə istifadə olunan vəsaitlər bizim hesablarda saxlanılır".
© "Report"

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

"Kapital Bank" ASC-nin kredit portfeli son bir ildə 959,3 milyon manat və ya 17,7% artaraq 2026-cı il sentyabrın 30-na 6 milyard 391 milyon 310 min manata çatıb. Kredit portfelində ən yüksək artım biznes kreditlər

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

"TuranBank"ın mənfəəti 36% artıb

"TuranBank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat və ya 35,6% çoxdur. Bununla belə, bankın xali

Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib

"Kapital Bank" ASC-nin depozit portfeli son bir ildə 1 milyard 635 milyon manat və ya 18,9% artaraq 2026-cı il sentyabrın 30-na 10 milyard 305 milyon 862 min manata çatıb. Bankın depozit portfelində ən yüksək artı

"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb

"TuranBank" cari ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 602 min manat təşkil etmişdi. Beləliklə, bankın xali

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah

Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih

"Xalq Bank"ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb

Azərbaycanın ən böyük özəl banklarından biri olan "Xalq Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 24 milyon 73 min manat xalis mənfəətlə başa vurub. Bankın kredit portfeli 63,5 milyon manat artaraq 1,91 milyar


iqtisadi xeberler telefonla pul qazanmaq kripto iqtisadiyyat xeberleri investisiya