Mərkəzi Bank icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar təsdiq edib

Mərkəzi Bank icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar təsdiq edibAzərbaycan Respublikası Mərkəzi Bankı sığorta bazarının inkişafı, sığortaya inamın gücləndirilməsi, sığorta sahəsində istehlakçıların müdafiəsi çərçivəsinin inkişaf etdirilməsi kimi bir sıra başlıca strateji prioritetləri diqqət mərkəzində saxlayır.
Marja xəbər verir ki, bu, Mərkəzi BAnkın yaydığı məlumatda bildirilir. 
Məlumatda qeyd edilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərlərin tənzimlənməsi və sığorta haqqı məbləğlərinin hesablanması digər qanunuvericilik aktları ilə yanaşı 2011-ci ildə qəbul edilmiş İcbari Sığortalar haqqında Qanunla tənzimlənir.
Qanun qəbul edilkdən sonra ölkədə AVSMMİS sahəsində elektronlaşma tədbirləri həyata keçirilmiş, sığorta şəhadətnamələrinin elektron qaydada əldə edilməsi, bu sahədə sığortalanmaya dövlət nəzarətinin həyata keçirilməsi elektron mexanizmlərlə təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində ölkədə təqribən 1,4 milyon avtonəqliyyat vasitələrinin istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta təminatına alınmışdır. Bu sığorta sinfi üzrə 2021-ci il ərzində baş vermiş 69 min sığorta hadisəsi nəticəsində şəxslərin əmlakına və səhhətinə dəyən zərərlər üzrə 74 milyon manat həcmində sığorta təzminatı sığorta şirkətləri tərəfindən şəxslərə ödənilmişdir.
Mərkəzi Bank digər sahələrdə olduğu kimi AVSMMİS sahəsində də uğurlu beynəlxalq təcrübələrdən faydalanaraq istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və nəticə etibarilə sığortaya inamın gücləndirilməsi məqsədilə islahat təbirlərini davam etdirir. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda" və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası" təsdiq edilmişdir.
Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir. Bu qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir. Bu xidmət keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcəkdir.
Eyni zamanda, AVSMMİS sahəsində islahatlar çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq sığorta haqqı məbləğlərinin hesablanması üzrə qaydalara da dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar – sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.
Həmçinin müvafiq qaydalarda müəyyən olunmuş bonus-malus sisteminə (sığortalının hadisə törədib törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) də dəyişikliklər edilmiş və onun real vaxt rejimində tətbiqi nəzərdə tutulmuşdur. Tətbiq edilən yeni bonus-malus sistemi nəqliyyat vasitəsi sahiblərinin avtomobillərini idarə etdikləri zaman şəxslərin əmlakına və səhhətinə zərər vurmamaları məqsədilə daha məsuliyyətli olmağa təşviq edir.
"Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə AVSMMİS sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcəkdir",- məlumatda qeyd edilib.

Maliyyə     Tarix: 03 avqust 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi