Mərkəzi Bankdan vacib qərar: Bu şəxslərin kredit alması... - VİDEO
Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək.
azxeber.com xəbər verir ki, Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.
İqtisadçı Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, Mərkəzi Bank qəbul etdiyi meyarlarla müəyyən mənada bu istiqamətdə əvvəlcədən qabaqlayıcı tədbirlər görməyə çalışır. Kommersiya bankının, rəsmi gəlirinin yarısı və ya yarısından yüksək məbləğdə kredit götürmək istəyən vətəndaşdan yüksək faiz alması sərfəsiz olacaq. Çünki, orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olan faizlər ilə verilən istehlak kreditləri bankların aktivləri üzrə risk əmsalını artıracaq.
"Bu gün Mərkəzi Bank tərəfindən qəbul edilən qərar istehlak kreditlərinə çıxış imkanlarını müəyyən mənada çətinləşdirməklə gələcəkdə bu istiqamətdə borclanma səviyyəsinin artmasının qarşısını almağa, risklərin qismən azaldılmasına hədəflənməklə yanaşı, faizlərin də ağlabatan səviyyədə olmasını təmin etmə istiqamətlidir" - deyə ekspert vurğulayıb.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
IMEI kod nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Shopify-da necə satışa başlamaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız