Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən yerli bürosuna verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması, onları maraqlandıran məsələlər, üzləşdikləri problemlər barədə birbaşa ünsiyyət formatında məlumatlanmaq, həll yollarının tapılması eyni zamanda vətəndaşların maliyyə xidmətləri mövzusunda maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi yaradılıb.
Qeyd olunub ki, fiziki və hüquqi şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə bölməyə müraciət edə bilərlər.
Bundan əlavə idarənin +994 60 400 22 44 whatsapp qaynar xətti vasitəsilə yuxarıda qeyd olunan məsələlərə aid məlumat və sorğu xarakterli müraciətlərlə bağlı qaynar xəttə yazmaq mümkündür. / marja.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Dünyanın əh bahalı brendləri - TOP-10
IMEI kod nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar