Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 637 milyon manata çatıb
Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 636.997 milyon manata çatıb.
AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşaası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242.1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39.8 milyon manat ayrılıb.
Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355.1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132.9 milyon manat xərclənəcək.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. "Tekfen İnşaat" bundan əvvəl, "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib. / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları