"Metropark"da yeni "McDonald"s" restoranı açıldı - FOTOLAR
30 dekabr 2024-cü il tarixində "McDonald"s" Azərbaycan daha bir yeniliyə imza ataraq "Metropark" ticarət və əyləncə mərkəzində yeni restoranını açdı.
FED.az xəbər verir ki, restoran Təbriz küçəsi 106a ünvanında yerləşir.
Bu əlamətdar hadisə ölkədə "McDonald"s" restoranlarının sayının 30-a çatması ilə mühüm bir mərhələni ifadə edir.
Restoranın özünəməxsusluğu ondadır ki, fudkort zonasına yerləşməsinə baxmayaraq, burada xüsusi lobbi və oturma zonası mövcuddur. Yaxın həftələrdə qonaqların istifadəsinə veriləcək bu zona restoranı ziyarət edənlər üçün daha rahat bir mühit yaradacaq.
Ray dizaynında müasir üslubda hazırlanmış bu məkan qonaqlara həm estetik görünüş, həm də rahatlıq bəxş edir.
Yeni restoranın açılması ilə ölkədə təxminən 60 yeni iş yeri yaradılıb. "McDonald"s" Azərbaycan hər yeni restoranı ilə ölkə sakinlərinə məşğulluq və peşəkar inkişaf üçün yeni imkanlar təqdim edir və iş yerlərinin artmasına töhfə verir.
Dünyanın ilk qlobal brendlərindən biri kimi Azərbaycana investisiya yatıran "McDonald"s" artıq 25 ildir ki, qeyri-neft sektorunun inkişafına dəstək verir və yerli istehsalın genişlənməsinə töhfə göstərir. Xüsusilə, "McDonald"s" Azərbaycanın müxtəlif iqtisadi sahələrdən olan 100-dən çox yerli podratçı ilə dayanıqlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu sahələrə təchizat və logistika, insan resursları, informasiya texnologiyaları, marketinq və digər xidmətlər daxildir.
"McDonald"s" Azərbaycan inkişafını fəal şəkildə davam etdirir və qonaqlara yüksək keyfiyyət və xidmət standartlarına uyğun, müasir və rahat şərait təqdim edir.







EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi