"Microsoft" istənilən şəxsin səsini yamsılayan şəbəkə yaradıb
"Microsoft" cəmi üç saniyəlik nümunə əsasında istənilən şəxsin səsini təqlid edə bilən VALL-E adlı mətni nitqə çevirən neyron şəbəkəsini yaradıb.
Digər insanların səslərinin müxtəlif vəziyyətlərdə necə səsləndiyini bilən neyroşəbəkə eyni situasiyalarda "donorun" nitqinin necə səslənəcəyini təxmin edir. Beləliklə, VALL-E təbii intonasiyalarla nümunə daşıyıcısının səsini çox real şəkildə təqlid edə bilir.
VALL-E-nin yaradılması zamanı EnCodec audio sıxılma texnologiyası və ümumi müddəti təxminən 60 min saat olan 7 mindən çox insanın səs yazıları kitabxanasından istifadə edilib. Hər iki məhsul "Meta" korporasiyasına məxsusdur.
"Microsoft" şirkəti hesab edir ki, yeni neyron şəbəkə mətn əsasında audio məzmunun yaradılması zamanı faydalı olacaq. Xüsusilə, VALL-E tamamilə orijinal məzmun yaratmaq üçün GPT-3 mətn generatoru ilə birlikdə istifadə edilə bilər. / banker.az
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə