"Microsoft" Yaponiyaya süni intellektin inkişafı üçün 2,9 milyard dollar investisiya ayıracaq
Amerikanın Microsoft şirkəti Yaponiyaya süni intellekt (AI) texnologiyalarının inkişafı və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək üçün 2,9 milyard dollar investisiya ayıracaq.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə "Microsoft"un Prezidenti Bred Smit Vaşinqtonda Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşündə bildirib.
"Prezident Smit Yaponiyada genişmiqyaslı bulud hesablama və süni intellekt infrastrukturunun genişləndirilməsi, Tokioda ilk "Microsoft Research Asia" laboratoriyasının açılması və Yaponiya hökuməti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün 2,9 milyard dollar həcmində investisiya ayrılacağını bəyan edib", – məlumatda deyilir.
Kisida isə öz növbəsində qeyd edib ki, Yaponiyada süni intellektin inkişafında "Microsoft"un rolunu yüksək qiymətləndirir. / banker.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind