"Microsoft"da inqilabi dəyişklik: İllərdir istifadə edilən vacib düymə süni intellektə görə ləğv edilir
"Microsoft" şirkəti "Windows"un növbəti versiyasında proqramların axtarışı və işə salınması üçün "Start" düyməsini ləğv edə bilər.
Bu barədə şirkətin baş direktoru Satya Nadellanın dediklərindən məlum olub. O, əməliyyat sisteminin bəzi yeni xüsusiyyətlərini açıqlayarkən, düymənin süni intellektlə əvəzlənəcəyini deyib.
Yeni funksiyanın "Copilot" adlandığını deyən şirkət rəhbəri onun "Start" düyməsinə bənzədiyini vurğulayıb.
"O, tətbiqlərinizlə bütün qarşılıqlı əlaqənin təşkilatçısı olacaq", – deyə Nadella vurğulayıb.
"Microsoft"un rəhbəri bildirib ki, süni intellekt istifadəçi vərdişlərini tamamilə dəyişəcək. Onun sözlərinə görə, "Windows 12" istifadəçiləri üçün "Start" vasitəsilə lazımi proqramları əllə axtarmaq və ya müəyyən məlumatları daxil etməkdənsə, süni intellektə səsli əmr vermək daha asan olacaq.
"Start" – "Windows"un müvafiq düyməni basmaqla işə salınan menyusudur. Bu düymə "Microsoft"un ən qədim funksiyalarından biridir və ilk dəfə 1995-ci ildə buraxılmış "Windows 95"də görünüb.

/ banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Layihə menecmenti nədir?
Ən bahalı otellər hansılardır?