"Midjourney" nədir və ondan necə istifadə etmək olar? – Şəkilli təlimat

Midjourney – istifadəçinin daxil etdiyi açar sözlərdən şəkillər yaradan, süni intellekt əsasında işləyən bir sistemdir. Neyroşəbəkə alim və Maks Plank İnstitutunun (Max-Planck-Institut für Physik) keçmiş əməkdaşı David Holtz tərəfindən təsis edilmiş eyniadlı Amerika şirkəti tərəfindən hazırlanıb.
2022-ci il iyulun ortalarında "Midjourney" bütün dünyada istifadəçilər üçün əlçatan olub. "Midjourney" digər neyron şəbəkələrlə müqayisədə daha yüksək ayırdetmə qabiliyyətinə malikdir.
Pulsuz versiyada siz aşağı və ya daha az rezolyusiyada 25 şəkil yarada bilərsiniz. Şəkili təkmilləşdirmək üçün hər cəhd ayrıca hesablanır. Əgər limitsiz sayda şəkil düzəltmək istəyirsinizsə, ayda 30 dollar abunə ödəməlisiniz. Eyni zamanda, ayda ~200 şəkil düzəltməklə kifayətlənənlər üçün 10 dollarlıq "Basic" tarif mövcuddur.
"Midjourney"dən necə istifadə etməyə başlamaq olar?
Neyron şəbəkənin imkanlarından istifadə etmək üçün öncə "Discord"  xidmətində hesabınız olmalıdır.
1. "Discord" proqramını işə salın və ya brauzerdənveb-versiyaya daxil olun.
2. Dəvətlinkindən istifadə edərək "Midjourney"ə keçid edin.
3. İstifadəçilərin şəkillər yaratdığı "Newbie" çatlarından birinə üzv olun.
4. Çatda mətn yazma sətrinə "/imagine" əmrini daxil edin.
5. "promt" pəncərəsində ingilis dilində şəkilin təsvirini yazın.
6. "ToS" düyməsini klikləməklə xidmət şərtləri ilə razılaşın.
7. "Midjourney" hər biri saxlanıla və ya daha da təkmilləşdirilə bilən dörd şəkildən ibarət kollaj yaradacaq.
8. Yaranan şəkillərin altında "U" və "V" düymələri olacaq. "U" seçilmiş şəklin ölçüsünü artırmağa, "V" isə onlardan biri üçün əlavə versiyalar yaratmağa imkan verir.
9. Alınan şəkili daşıcıya yükləyin.
Şəkili yaddaşda saxlamaq üçün çatda şəklin üzərinə klikləyin, "Orijinalı aç" linkinə keçid edin və "Yadda saxla" düyməsini sıxın.
"Midjourney"də sorğunu necə düzgün formalaşdırmaq olar?
Şəklin təsvirə uyğun olması üçün sorğu tərtib edərkən müəyyən qaydalara əməl etməlisiniz.
– mücərrəd təsvirlərdən qaçaraq sorğunu mümkün qədər dəqiq və aydın şəkildə tərtib edin. "Bakının ən gözəl parkı" kimi ifadələrdən istifadə etməkdənsə, konkret yer adlarını göstərmək daha yaxşıdır;
– ön sözlərdən və hissəciklərdən qaçınmaq məqsədəuyğundur. "Adamın əhvalı yoxdur" əvəzinə "əhval-ruhiyyəsi pis olan adam" yazmaq daha yaxşıdır;
– sorğu mürəkkəbdirsə, onun hissələri vergül və ya iki iki nöqtə ilə ayrılmalıdır.
– isimləri təkdə istifadə edin və ya konkret bir rəqəm yazın.
Sizə düzgün sorğu yaratmağa kömək edəcək xidmətlər var. Məsələn, "Promptomania", "Phraser", "Prompter", "Prompt helper" və "Noonshot". Əgər çətinlik çəkirsinizsə, onlardan da istifadə edə bilərsiniz.
/ banker.az

Xəbərlər     Tarix: 06 aprel 2023

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler kicik biznes bank faizleri emlak xeberleri valyuta mezennesi