Milyard dollarlıq kriptovalyuta nəhəngi necə müflis oldu?
Aprel ayından bəri kriptovalyuta bazarı 1 trilyon dollardan çox dəyər itirib. Bu müddətdə dollara sabitləndiyi iddia edilən Terra və bacısı Luna 60 milyard dollar zərərlə iflas edib.
Bu vəziyyət sektora olan inamı sarsıtdı və riskdən qaçmaq istəyi kriptovalyutalardan qaçışı sürətləndirdi. Çoxsaylı kriptovalyuta şirkətləri də müflis oldu. Bu şirkətlərdən biri olan "Three Arrows Capital" (3AC) 10 milyard dollara yaxın aktivinin böyük hissəsini itirdi və minlərlə müştərisinin həyatını kabusa çevirdi.
Three Arrows-un strategiyası sənayedən borc götürmək və sonra bu kapitalı digər, xüsusilə də yeni kriptovalyuta layihələrinə investisiya etmək üzərində qurulub. Şirkət on ildir bu sahədə fəaliyyət göstərdiyindən sektorda bir çəkisi olub. Lakin şirkət bu yaxınlarda "Voyager Digital" adlı şirkətə olan 670 milyon dollar borcunu ödəyə bilmədi və o gündən etibarən investorlar üçün yuxusuz gecələr başladı.
Banker.az xarici mətbuata istinadən xəbər verir ki, 3AC rəhbərləri Lunaya 200 milyon dollar investisiya qoyduqlarını və problemlərin bazardan qaynaqlandığını iddia edirlər. Bununla belə, kriptovalyuta bazarını izləyən ekspertlər şirkət rəhbərlərinin real itkilərinin 560 milyon dollar səviyyəsində olduğunu və şirkət rəhbərlərinin bunu gizlətməyə çalışdıqlarını düşünürlər.
Rəqəmsal bazarları yaxından izləyən ekspertlər, son zamanlar aparıcı şirkətlərin bir-birinin ardınca iflasa uğramasının sektora olan inamı ciddi şəkildə sarsıtdığına diqqət çəkərək investorlara diqqətli olmaları barədə xəbərdarlıq ediblər.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Biznes nədir və hansı növləri var?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?