Milyarderlərin yeni "düşərgəsi" Əbu-Dabi olub
Əbu-Dabi əmirliyi Kayman və Virciniya adalarının maliyyə zonalarının populyarlığının azalması fonunda müxtəlif ölkələrdən olan milyarderlərin aktivlərinin yeni cazibə mərkəzinə çevrilib.
Dünyanın ən zəngin ailələrinin adları - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
"M/HQ" konsaltinq şirkətinin 2016-cı ildə aktivlərin idarə edilməsi üzrə tərtib editdiyi məlumatlarına əsasən, hazırda "Abu-Dhabi Global Market"də (ADGM) 5000-dən çox özəl şirkət var.
Məsələ ilə tanış olan agentliyin mənbələrinə görə, bu biznes mərkəzi aktivlərin xarici yurisdiksiyalardan asılı olmaması və BƏƏ-nin ikiqat vergi müqavilələrindən faydalanmaq imkanı sayəsində sahibkarlar üçün cəlbedicidir.
"Bloomberg"in həmsöhbətləri bildirirlər ki, bəzi investorlar üçün Əbu-Dabidə şirkət yaratmaq əmirliyin kral ailəsinin varlı üzvləri ilə yüksək səviyyəli münasibətləri gücləndirmək potensialını verir.
Əmirliyi aktivləri üçün cəlbedici edən amillər arasında məxfilik də var. "Layihə şirkətləri"nin yaradılmasına kömək edən xidmət provayderlərinə görə, burada audit və benefisiarlar haqqında məlumatların açıqlanması ilə bağlı "daha az bürokratiya" var.
"Bloomberg" Əbu-Dabi zonasına "köçənlər" arasında "Binance" kriptovalyuta birjasının keçmiş baş direktoru Chanqpenq Zhaonu (dünyanın ən varlı adamları siyahısında 15 milyard dollarla 118-ci yeri tutur), Rey Dalionu (15.4 milyard dollarla eyni siyahıda 113-cü yer), həmçinin Novolipetsk Metallurgiya Zavodunun (NLMK) sahibi Vladimir Lisini (22.1 milyard dollar sərvətlə rus milyarderləri arasında üçüncü yer) misal gətirir.
İyul ayında "Bloomberg" yazmışdı ki, Lisin Kiprdəki aktivləri Əbu-Dabidə qeydiyyatdan keçmiş şirkətlərə -" Serenity II Holdings" və "Nebula II Holdings"ə köçürüb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?