"Mobil Broker" və "Mobil Logistics" xidmətləri artıq "Bakı KOB evi"ndə

Son illər Azərbaycanın yerli şirkətlərinin xarici ölkələrlə biznes münasibətləri sürətlə genişlənir. İdxal-ixrac əməliyyatlarının həcminin və xarici ticarət iştirakçılarının sayının çoxalması bu sahədə keyfiyyətli gömrük brokeri xidmətlərinə tələbatı artırır. 
Azərbaycanda gömrük brokeri xidmətləri təklif edən aparıcı şirkətlərdən biri - "Mobil Broker" və beynəlxalq yük daşımaları həyata keçirən "Mobil Logistics" şirkəti bundan sonra "Bakı KOB evi"ndə də sahibkarlara xidmət göstərəcək.
Xatırladaq ki, "Mobil Broker" MMC Azərbaycanda beynəlxalq təcrübə əsasında yaradılmış müasir gömrük təmsilçiliyi şirkətidir. 2017-ci ildən fəaliyyətdə olan şirkət kompleks gömrük xidmətləri təklif edir.
Azərbaycan Gömrük Brokerləri Assosiasiyasının  və Beynəlxalq Gömrük Brokerləri Assosiasiyasının üzvü olan "Mobil Broker" MMC beynəlxalq İSO standartlarına əsasən fəaliyyət göstərir.
"Mobil Logistics" MMC isə quru, su, hava va dəmir yolu ilə yüklərin sürətli beynəlxalq daşımalarını həyata keçirən etibarlı logistika şirkətidir.
Bu şirkətlər ölkəyə idxal və ixrac edilən malların sərfəli şərtlərlə beynəlxalq yük daşınmasını, eləcə də, gömrük rəsmiləşdirməsini də həyata keçirir.
Xatırladaq ki, paytaxtın Nərimanov rayonunda yerləşən "Bakı KOB evi" 2023-cü ilin əvəlindən fəaliyyətə başlayıb. "Bakı KOB evi"nin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Hazırda "Bakı KOB evi"ndə sahibkarlara 30-dan artıq dövlət qurumu tərəfindən 200-ə yaxın, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstərilir. "Bakı KOB evi" gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir.
Sahibkarlar "Bakı KOB evi"ndə müxtəlif sahələr, o cümlədən vergi, gömrük, lisenziya və icazələrin alınması kimi xidmətlər ala bilərlər. "Bakı KOB evi"ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim edilir.
"Mobil BROKER" MMC və "Mobil LOGISTICS" MMC şirkətləri də "Bakı KOB evi"nin Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərir.
Hər iki şirkət sahibkarlar, iş adamları, təşkilat və müəssisələr üçün hazırda olduqca vacib olan gömrük rəsmiləşdirilməsi və logistikası xidmətləri təqdim edir.
Belə ki, "Mobil BROKER" MMC şirkəti sahibkarlara – (1) Bütün növ gömrük bəyannamələrinin tərtibi; (2) Tam gömrük təmsilçiliyi; (3) Avtomobillərin gömrük rəsmiləşdirilməsi; (4) Sertifikat və icazələrin alınması kimi xidmətlər təqdim edir.
Eləcə də, sahibkarlar "Mobil BROKER"ə müracət etməklə ödənişsiz konsultasiya ala bilərlər, sahibkarlar üçün şirkətə onlayn müraciət imkanı da yaradılıb.
"Mobil LOGISTICS" MMC-nin fəaliyyəti isə – (1) Hava, su, quru və dəmiryolu nəqliyyatı vasitəsilə sürətli daşıma xidməti; (2) Həssas və xüsusi saxlanma şəraiti tələb olunan yüklərin daşınması; (3) Xaricdəki ünvanlardan yüklərin birbaşa götürülməsi; (4) Anbar xidmətləri; (5) Avtomobil və iri texnikanın daşınması kimi xidmətləri əhatə edir.
Ünvan: "Bakı KOB evi", Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə
Əlaqə: *0090
/ fed.az

Biznes     Tarix: 21 fevral 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri