"Moody"s" agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib

"Moodys Investors Service" beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2 səviyyəsinə, ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) reytinqini isə b1-dən ba3-ə yüksəldib. Kapital Bank-ın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu "stabil" olaraq təsdiqlənib. Agentliyin hesabatında bildirilir ki, Kapital Bank-ın BCA reytinqinin yüksəldilməsi onun kredit portfelinin sağlam, gəlirlilik və likvidlik səviyyəsinin yüksək olmasını əks etdirir.
"Kapital Bank-ın 2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı 3,5% təşkil edib. Bankın kapitallaşması (2021-ci ilin sonuna TCE/RWA göstəricisi 13,6% olub), eləcə də yüksək xalis faiz marjası və səmərəlilik hesabına əldə olunan yüksək ehtiyatdan əvvəl gəlirliliyi (vergi və ehtiyatdan əvvəlki mənfəətin risk dərəcəsi üzrə ölçülmüş orta aktivlərə nisbəti 2021-ci ildə 8,6% təşkil edib) kredit itkilərini "udmaq" üçün banka yaxşı bufer yaradır. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını gözləyir", - deyə hesabatda qeyd olunur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - , Birbank kartı sifarişi üçün - .

Xəbərlər     Tarix: 11 avqust 2022

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler dollar məzənnəsi leobank kart emlak xeberleri depozit faizleri