Moskva birjasında hərracların açılışında dolların məzənnəsi düşüb
Bazar ertəsi Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 1,75 qəpik ucuzlaşaraq 79,98 rubl təşkil edib.
Avronun məzənnəsi 24,5 qəpik düşərək 86,26 rubl olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bununla yanaşı, yuan 3,6 qəpik ucuzlaşaraq 11,336 rubl təşkil edib.
Aşağı neft qiymətləri, ixracatçılar tərəfindən xarici valyuta satışının azalması, həmçinin artan büdcə kəsiri və yüksək geosiyasi risklər səbəbindən rubl təzyiq altındadır. Rusiya iqtisadiyyatı xarici təzyiq və sanksiyalarla üzləşir.
Neft qiymətlərinin dinamikası qeyri-müəyyən olaraq qalır. Buna bir neçə amil təsir edir: ABŞ-ın dövlət borcunun tavanı ilə bağlı müzakirələr, Çindən neftə tələbin aşağı olması və dollar indeksinin yüksəlməsi. G7 ölkələri büdcə gəlirlərini azaltmaq və Rusiya şirkətlərinin fəaliyyətlərini məhdudlaşdırmaq üçün yeni sanksiyalar paketləri hazırlayır, bu da qeyri-müəyyənliyi artırır.
Yaxın gələcəkdə dolların məzənnəsinin təxminən 80 rubl səviyyəsində qalacağı ehtimal edilir. Ən yüksək vergi ödənişləri mayın 29-da gözlənilir. Bu tarixə qədər valyuta gəlirlərinin satışını nəzərə alsaq, rubl bir qədər qədər möhkəmlənə bilər. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?