Moskva İrəvandan CAVAB GÖZLƏYİR - Rusiya XİN - VİDEO
Moskva İrəvanın səssizliyindən təəccüblənib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinqdə bildirib.
Moskva Ermənistan Xarici İşlər Nazirliyinə göndərilmiş etiraz notası ilə bağlı cavab gözləyir.
"Bu barədə Rusiyanın İrəvandakı səfirliyi məlumat yayıb. Bu gün Rusiya Federasiyasının müvəqqəti işlər vəkilimizlə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət olub, biz cavab gözləyirik", – deyə Neçayev bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişdi.
"Bu, Rusiya strukturlarının "Surmalu"dakı hadisədə iştirakı ilə bağlı saxta ittihamları özündə əks etdirən rüsvayçı bəyanatlarla bağlıdır", – Rusiya diplomatik missiyasının bəyanatında deyilir.
Xüsusən də Rusiya Ermənistanın siyasi qüvvələrini Rusiya-Ermənistan münasibətlərini pozmağa yönəlmiş birbaşa təxribatda ittiham edir.
Xuraman Etibarlı,
KONKRET.az

Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Müştərilərin hesab balansları bərpa edildi – ABB-dən yeni açıqlama
Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb
Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi
Françayzinq nədir və necə olur?
Digital Card nədir?
Kriptovalyuta nədir və necə alınır?
Startup nədir və necə olur?
Marketinq nə demədir?