"Müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması istiqamətində müsbət nümunələr var" - RƏY

"Müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması istiqamətində müsbət və dayanıqlı nümunələr var".
Bunu "Report"a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illər sosial-iqtisadi sahədə aparılan islahatlar, eləcə də idarəçiliyin şəffaf və perspektivli aparılması baxımından sosial müdafiə blokunu ən mütərəqqi sistemə malik istiqamət kimi götürmək olar: "Xüsusilə də bu gün dünya iqtisadiyyatında çox dərin böhran prosesi qeydə alınır. İstər pandemiya ilə əlaqəli məhdudiyyətlərı, istərsə də 44 günlük Vətən müharibəsi zamanı dövlətin sosial yükü artmış oldu. Bütün bunlara baxmayaraq, son dörd il ərzində ölkənin sosial müdafiə sistemində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Sosial sahədə şəffaflığın təmin edilməsi bu istiqamətdə neqativ halların qarşısını aldı. Biz bu gün, demək olar ki, sosial müdafiə sistemindəki problemlərin aradan qaldırılmasının şahidi oluruq. Vətən müharibəsi iştirakçıları kimi həssas əhali kateqoriyasının sosial müdafiə sisteminin təmin olunmasına baxsaq, görərik ki, kifayət qədər böyük müsbət təcrübə formalaşıb. 44 günlük Vətən müharibəsi nəticəsində ağır yaralanan 5 minə yaxın qazimizin, hərbçimizin əlillik təyinatının həm şəffaf, həm də çevik şəkildə müəyyən edilməsi çox mürəkkəb bir prossesdir".
E.Məmmədov bildirib ki, bu günədək Vətən müharibəsində ağır yaralanan 4 min müharibə iştirakçısının müayinəsi və bu istiqamətdə onların əlillik təyinatı ilə bağlı qərarların qəbul edilməsi müvafiq komissiya tərəfindən reallaşdırılıb: "Artıq 4 min nəfərdən təqribən 3 minə yaxını əlilliklə bağlı təyinat alıb. Təəssüf ki, həm mediada, həm də ictimai müzakirələrdə, xüsusilə bir çoxu da ölkə xaricindən qaynaqlanan təxribat məzmunlu yazılar dərc olunur. Lakin reallığı əks etdirən bu rəqəmlərə istinad az edilir. Aidiyyəti qurum və onların nümayəndərinə qarşı tənqidləri və çıxışları dövlətimizə qarşı çıxış hesab edirəm. Çünki Azərbaycan dövləti bu istiqamətdə prioritet götürüb. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva üçün Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi əsas prioritetdir və bu sahəyə cavabdeh olan qurum da öz fəaliyyətini kifayət qədər effektiv şəkildə reallaşdırır. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində 300-ə yaxın qazimiz müasir dördüncü nəsil protezlərlə təmin olunub. Bundan başqa, ölkə başçısının siyasi iradəsi var ki, bütün müharibə iştirakçılarının sosial təminatı, o cümlədən mənzil və evlə təmin olunması prosesi sürətləndirilsin və artıq bu istiqamətdə müsbət və dayanıqlı nümunələr var. Bir sözlə, sosial müdafiə bloku doğurdan da bu illər ərzində öz effektivliyini göstərdi".
İctimai Şuranın sədri vurğulayıb ki, Vətən müharibəsi iştirakçılarının reabilitasiya prosesinə cəlb olunması da davam edir: "Bütün bunlar reallıqdır. Fikrimcə, sosial şəbəkədə ölkədə ictimai və siyasi sabitliyi pozmağa istiqamətlənmiş çağırış və çıxışlar olur. İctimaiyyət məsələyə obyektiv yanaşmalı, ölkədə sosial müdafiə ilə bağlı aparılan işlərə düzgün və effektiv təhlil nəticəsində mövqeyini bildirməlidir. Burada söhbət nazirlik rəsmiləri və rəhbərinin müdafiəsindən, tənqidindən getmir. Əsas olan dövlət siyasətidir və dövlətçiliyə bağlı siyasətin aparılmasına salınan kölgədən söhbət gedir".
Professor qeyd edib ki, sosial müdafiə siyasətinə toxunduqda bu məsələni ölkə iqtisadiyyatında baş verən proseslərdən ayrı təhlil etmək tamamilə yanlış yanaşmadır: "Sosial siyasətin effektivliyi üçün iqtisadiyyat qüdrətli olmalıdır. Bunun üçün də investisiyalar kəskin şəkildə artmalıdır. Təəssüf ki, hesablarıma görə son illərdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi azalıb və bu yolverilməzdir. Sosial sahədəki artımların dayanıqlı olması üçün iqtisadi inkişaf olmalıdır. Yeni iş yerləri açılmalı və yeni istehsal olmalıdır. Bu da əhalinin maddi və sosial rifahının yüksəlməsi üçün amillərdəndir. Sosial problemlərin kökü yalnız bu sahədə fəaliyyət göstərən qurumun məsələsi ola bilməz".

Xəbərlər     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler dollar məzənnəsi biznes ideyalari 1000 manatla biznes bank faizleri