Mükafat fondu 10 000 AZN olan Gəncə hakatonuna qeydiyyat başladı
(®) Texnologiya və innovasiya sahəsindəki ən yaxşı həlləri tapmaq və gələcəyin texnologiyasını yaratmaq istəyənlər üçün böyük bir fürsət yaranıb.
"INNOSTART" Gəncə Hakatonu 15-16 mart 2025-ci il tarixlərində Gəncə şəhərində keçiriləcək. Bu tədbir, iştirakçılara kreativ ideyalarını reallaşdırmaq, yeni texnoloji həllər yaratmaq və sektorda irəliləmək imkanı təqdim edəcək.
Hakatonun məqsədi:
Hakaton iştirakçılarına müxtəlif texnologiya sahələrində yeni həllər təqdim etmə, problemləri aradan qaldırma və gələcək texnologiyalarını inkişaf etdirmə imkanı yaradacaq. İştirakçılar həmçinin, öz ideyalarını investorlara təqdim edərək, inkişaf mərhələsinə keçə biləcək və gələcəkdə bu sahədə müvəffəqiyyət əldə edə biləcəklər.
Mükafat Fondu:
1-ci yer – 5000 AZN
2-ci yer – 3000 AZN
3-cü yer – 2000 AZN
Ən yaxşı komanda və ya komandalar hakaton sonunda öz ideyalarını investisiya almaq üçün təqdim edəcək və bu ideyaların reallaşdırılması üçün dəstək əldə edəcəklər.
Qeydiyyat:
İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərlər:
Ünvan: Capitalk Language Center (Gəncə şəhəri, Nizami Gəncəvi, 468a)
Tarix: 15 Mart 09:30
Tədbir SUP.VC şirkətinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçilir.
Instagram: instagram.com/sup.vc
LinkedIN:
Facebook:


/ marja.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Elon Musk kimdir?
"Freelance" nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən varlı 10 adamı