Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri hansılardır?

Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri hansılardır?Mülki-hüquqi müqavilələr mülki qanunvericiliklə tənzimlənir. "Business Service Center" şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev mülki-hüquqi müqavilə ilə iş görən fiziki şəxslərə xidmət haqqı ödənilən zaman vergi və sosial ödənişlərin hesablanması qaydasını şərh edib.
Vergi Məcəlləsinin 101.1-3 cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci (vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə) maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.
Eyni zamanda, "Sosial sığorta haqqında" Qanunun 14.5.2 ci maddəsinə əsasən, ödəmə mənbəyində sosial sığorta haqqı, "Tibbi sığorta haqqında" Qanunun 15-10.1.4 cü maddəsinə əsasən, icbari tibbi sığorta haqqı tutulur.
Misal: "AA" MMC avadanlığını vergi orqanında uçotda olmayan fiziki şəxsə 2022-ci ilin yanvar ayında təmir etdirib. Razılaşdırılmış məbləğ tutulmalar (vergi, MDSS) daxil olmaqla 2.700 manat olub. Ödəniş 2022-ci ilin fevral ayında edilib və borc tam bağlanıb. Tutulmaları, eləcə də fiziki şəxsə ödənilən məbləği hesablayaq.
Ödəmə mənbəyindən vergi:
(2500 x 14%) + (200 x 25%) = 350 + 50 = 400 manat
Məcburi dövlət sosial sığorta haqqı:
2700 x 25% = 675 manat
İcbari tibbi sığorta haqqı:
2700 x 2% = 54 manat.
Fiziki şəxsə ödənilən haqq:
2700 – 400 – 675 – 54 =1571 manat.
Qeyd edək ki, bu halda diqqət olunan başqa bir məqam tutulmaların 2022-ci ilin fevral ayına aid edilməsidir. / banker.az

Maraqlı     Tarix: 04 oktyabr 2022

Oxşar xəbərlər

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler investisiya biznes qurmaq iqtisadiyyat xeberleri telefonla pul qazanmaq