Namiq Novruzov: "Sirab"ın nə Vasif Talıbova, nə də "Gəmiqaya"ya zərrə qədər də aidiyyatı yoxdur"

Namiq Novruzov: "Son günlər bəzi saytlarda "SİRAB"ın guya Vasif Talıbova məxsus olması və "SİRAB" sularının satışının da V.Talıbovun "Gəmiqaya" şirkəti tərəfindən həyata keçirildiyinə dair yayılan fikirlərin heç bir əsası yoxdur və cəfəngiyyatdan başqa bir şey deyil".
FED.az xəbər verir ki, bunları Babək "SİRAB" ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov mövzu ilə əlaqədar verdiyi açıqlamasında deyib. "SİRAB" haqqında ortaya atılan bu kimi reallıqdan uzaq ittihamların mediada yer almasından təəssüfləndiyini bildirən N.Novruzov qeyd edib ki, zaman-zaman qərəzli şəkildə "SİRAB" haqqında bu səpgili yazılar və məlumatlar yayılsa da, həmin xəbərlərin gerçəyi əks etdirmədiyi tez bir zamanda üzə çıxıb, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyulub: "Lakin, qeyd etdiyim kimi, bu gün də bizi kimlərəsə bağlamaq, saxta iddialarla suçlamaq cəhdləri müşahidə edilir".
Babək "Sirab" ASC-nin səhmdarların təsis etdiyi Açıq Səhmdar Cəmiyyət olduğunu və istehsal etdiyi "Sirab" sularının satışının da Cəmiyyətin özünün satış kollektivi tərəfindən həyata keçirildiyini vurğulayan İH sədri, 1950-ci illərdən sənaye məqsədilə istifadəsinə başlanılan və 1968-ci ildə Azərbaycanın ən Böyük mineral sudoldurma zavodu olaraq istifadəyə verilən "SİRAB"ın Sovet İttifaqının dağılmasından sonra fəaliyyətini tamamilə dayandırdığını, baxımsızlıqdan istifadəyə yararsız vəziyyətə düşdüyünü xatırladıb: "Lakin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda sahibkarlığa göstərdiyi qayğı sayəsində 2003-cü ildə "Sirab" mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrildi, Növbəti illərdə dövlətin ayırdığı güzəştli kreditlərin və təsisçilərin öz hesabına şirkət daha da inkişaf etdi. Səhmdarların və "SİRAB" kollektivinin 20 illik əzmkar və yorulmaz fəaliyyəti sayəsində "SİRAB" bu gün ölkənin milli su brendi, Azərbaycanımızın nümunəvi və xalqın dəstəyini qazanmış sahibkarlıq subyektidir. "SİRAB" çoxsaylı Naxçıvan sakininin əmək haqqı qazandığı bir ünvandır. Bir çox ölkəyə ixrac həyata keçirən "SİRAB" bundan sonra da qətiyyətlə fəaliyyət göstərəcək, Azərbaycanın adını ölkə hüdudlarından kənarlarda da ləyaqətlə təmsil edəcəkdir".
N.Novruzov, media mənsublarını "SİRAB" haqqında hər hansı məlumat yayarkən diqqətli olmağa, ölkənin öndə gedən markalarından biri haqda bu cür ağır, iftira xarakterli xəbərlərin yayılmasına rəvac verməməyə çağırıb.
Babək "Sirab" ASC-nin İctimaiyyətlə Əlaqələr Departamenti

Biznes     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto