"Nar" Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir - FOTO
Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün "Nar" bölgələrdə əyləncədolu yay kampaniyasını davam etdirir.
Növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində keçiriləcək.
Tətilinizə rəng qatmaq istəyirsinizsə, sevdiklərinizlə birgə "Nar"ın yay kampaniyası üçün özəl hazırladığı oyunlara qoşulub əylənərək hədiyyələr qazana, xüsusi köşkdə xatirələrinizi fotolara həkk edə bilərsiniz. Onlayn müsabiqələri sevən abunəçilər isə "Nar"ın sosial media səhifələrindəki yarışlara qoşularaq yay kampaniyasının yekununda keçiriləcək musiqili festivala bilet qazana bilərlər.
Yay kampaniyası ilə bağlı yeniliklərdən kampaniyanın rəsmi simaları olan İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfovu (Instagram: jafarnajafov) izləməklə xəbərdar ola bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
CV-nin tərtib edilməsi prinsipləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bitcoin nədir?
Dünyanın ən bahalı restoranları
Bill Qeyts kimdir?