Narkotik vasitənin təsiri altında olan sürücü həbs edildi
Cəlilabadda narkotik vasitənin təsiri altında olan sürücü həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan azxeber.com-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində hərəkətdə olan "Vaz-21074" markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Bu zaman həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Dilavərovun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.
Eyni zamanda həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən E.Dilavərovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən bahalı otellər hansılardır?
Shopify-da necə satışa başlamaq olar?