Narkotik vasitənin təsiri altındakı sürücü həbs edildi
Cəlilabadda narkotik vasitənin təsiri altında olan sürücü həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində hərəkətdə olan VAZ-21074 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Bu zaman həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Dilavərovun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən E.Dilavərovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind