Natiq Məmmədov: "Gürcüstan şirkətləri Azərbaycanın sənaye parklarına böyük maraq göstərirlər"
Gürcüstan şirkətləri Azərbaycanın sənaye parklarına böyük maraq göstərirlər. Biz çalışırıq ki, gürcü şirkətlərinin, eləcə də Azərbaycan şirkətlərinin qarşılıqlı səfərlərini təşkil edək, ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşunu daha da artıraq, iqtisadi münasibətlərimizi daha da genişləndirək.
Azərbaycan Biznes Partnyorları Klubu - YARADILDI
FED.az xəbər verir ki, bu sözləri "Caspian Energi Georgia"nın sədri Natiq Məmmədov söyləyib.
O bildirib ki, bu gün Tbilisidə "Caspian Energy Club"un təşəbbüsü ilə növbəti forumu keçirilib. Bu forumu ilk dəfədir ki, "Caspian Energi Georgia" təşkil edib.
Onun sözlərinə görə, forumda 40-dan artıq Azərbaycan şirkətinin, Gürcüstan, Özbəkistan və Səudiyyə Ərəbistanından xeyli sayda nümayəndə iştirak edib.
Bugünkü forumda əsasən Gürcüstanın iqtisadi inkişaf modeli diqqət mərkəzində olacaq. Turizm, logistika, kənd təsərrüfatı, yaşıl enerji və dijitallaşma məsələləri ətrafında müzakirələr aparılacaq.
"Bizim əsas məqsədlərimizdən biri də Gürcüstan şirkətlərinin Azərbaycana biznes turlarını təşkil etməkdir. Gürcüstan şirkətləri üçün Azərbaycanın sənaye parkları daha çox maraqlanırlar. Bu istiqamətdə çalışacağıq və ümidvaram ki, qarşıya qoyulan məqsədlərə çatacağıq", – deyə N.Məmmədov vurğulayıb.
N.Məmmədov bildirib ki, bundan sonra müxtəlif layihələr üzrə mütəmadi olaraq görüşlər, forum, simpozium və.digər tədbirlər keçiriləcək. (Azərtac)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?