NATO Çin və Rusiya ilə Arktika uğrunda döyüşə HAZIRLAŞIR
NATO Çin və Rusiya ilə Arktika uğrunda döyüşə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq "The Globe and Mail" üçün köşə yazısında yazıb.
O qeyd edib ki, Rusiya və Çinin Arktikada əməkdaşlığı NATO-nun dəyərlərini və maraqlarını təhdid edir. Buna görə də təşkilat bu Arktika ərazilərinə qüvvələr cəlb edəcək.
"Bu ilin əvvəlində Pekin və Moskva, dəyərlərimizə və maraqlarımıza meydan oxuyan dərinləşən strateji tərəfdaşlığın bir hissəsi olaraq Arktikada praktiki əməkdaşlığı intensivləşdirməyi öhdələrinə götürüblər", – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya son illərdə hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb, yeni Arktika Komandanlığı yaradıb, Arktikada yüzlərlə yeni və keçmiş sovet hərbi obyektləri, o cümlədən aerodromlar, dərin su limanları açıb və regiondan yeni silahlar üçün sınaq meydançası kimi istifadə edib.
Bütün bunları alyans öz infrastrukturuna, maraqlarına və dəyərlərinə birbaşa təhlükə kimi qiymətləndirir. Buna görə də Yens Stoltenberqin sözlərinə görə, Arktikada təhlükəsizliyi, sabitliyi və əməkdaşlıq şərtlərini qorumaq üçün təşkilat bu ərazidə mövcudluğunu artırır.
Xuraman Etibarlı,
KONKRET.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Dropshipping nədir?
Dünyanın ən bahalı restoranları
IMEI kod nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt