Nazir müavini: "Orta ixtisas təhsili ali təhsilin pilləsi kimi olmayacaq"
"Bizim qanunvericilikdə orta ixtisas pilləsi anlayışı var. Lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur".
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək" adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.
O bildirib ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır:
"Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalı, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini etməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik.
Onu da qeyd edim ki, Milli Məclisdə "Ali təhsil haqqında" Qanun layihəsi müzakirə edilir. Orada maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var. Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda, ali təhsilin pilləsi kimi orta ixtisas təhsil pilləsi olmayacaq".
Nazir müavini qeyd edib ki, ikinci məsələ yüksək texniki peşə səviyyəsi ilə bağlıdır:
"Burada bir qədər qeyri-müəyyənliklər var. Qısamüddətli ali təhsil proqramlarının tədrisi subbakalavr peşə səviyyəsinin verilməsi ilə başa çatır. Bildiyiniz kimi, bizim peşə təhsilimizdə qanuna görə 3 səviyyə mövcuddur: İlk peşə, texniki peşə və yüksək texniki peşə. Yüksək texniki peşə səviyyəsi də subbakalavr peşə ixtisasının verilməsi ilə başa çatır. Bu layihə çərçivəsində müəyyənləşdirilməsi lazım olan məsələlərdən biri də yüksək texniki peşə səviyyəsi üzrə verilən bacarıqların kvalifikasiyalar çərçivəsində 5-ci səviyyəyə aid olub-olmadığını müəyyənləşdirməliyik. Bu gün mövcud olan qaydalarımızda yüksək texniki peşə pilləsinin hansı kvalifikasiya səviyyəsinə aid olduğu müəyyən edilməyib. Bildiyim qədərilə 40-a yaxın kvalifikasiya hazırlanacaq. Bunlardan 30-u qısamüddətli ali təhsil, 10-u isə yüksək texniki peşə proqramlarına aiddir". / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?