Nazir: "OPEC+" üzrə Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığı davam edəcək
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığı davam edəcək.
Bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl Səud bildirib.
"Əgər OPEC+ üzvü olan qalan ölkələrin iştirakı ilə Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığı olmasaydı, biz digər bazarlarla müqayisədə bu sabitliyə nail ola bilməzdik və bu əməkdaşlığı davam etdirəcəyik", – deyə nazir bildirib.
Oktyabrın 4-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, neft hasilatında əlavə könüllü azalma elan edən bütün "OPEC+" ölkələri öz öhdəliklərini yerinə yetirirlər.
Qeyd edək ki, razılaşmanın çərçivəsində "OPEC+" üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.
Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Layihə menecmenti nədir?
Ən bahalı otellər hansılardır?