Nazir: TAP Azərbaycan qazını Avropanın 10-dan çox ölkəsinə nəql edə bilər

Nazir: TAP Azərbaycan qazını Avropanın 10-dan çox ölkəsinə nəql edə bilərTrans-Adriatik boru kəməri (TAP) Azərbaycan qazını Avropanın 10-dan yuxarı ölkəsinə nəql edə bilər.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliya mediasına müsahibəsində deyib.
"TAP Avropanın enerji təchizatını ən çətin zamanlarda diversifikasiya edərək təbii qazın etibarlı mənbədən fasiləsiz tədarükünə zəmanət verən strateji layihədir. Çox qısa müddət ərzində tam rejimdə fəaliyyət göstərən TAP ötən il Avropaya qaz tədarüklərini 40 faiz artıraraq 11.4 milyard kubmetrə çatdırıb. Bu həcmin 84 faizi və ya 9.6 milyard kubmetri təkcə İtaliyanın payına b düşüb. TAP artıq özünü enerji təchizatı və ətraf mühitin mühafizəsinə imkan yaradan layihə kimi göstərərək həmçinin enerji təhlükəsizliyinə xidmət edir. TAP Azərbaycan qazını Avropanın 10-dan yuxarı ölkəsinə nəql etmək perspektivinə malikdir və dayanıqlı enerji təhlükəsizliyi üçün bu layihənin inkişafı vacibdir", – o deyib.
P.Şahbazov əlavə edib ki, "REPowerEU" planı, habelə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə yenilənmiş sənəd TAP-ın rolunun gücləndiyini vurğulayır.
"Bu gün biz Avropaya təbii qaz tədarüklərinn artırılması üzərində çalışırıq. TAP daima avropalı tərəfdaşlarımı üçün "təhlükəsizlik yastığı" rolundadır və ümid edirəm ki, onlar bu layihənin inkişafı üçün səyləri gücləndirməyin vacibliyinin fərqindədir", – deyə P.Şahbazov vurğulayıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. / banker.az

Xəbərlər     Tarix: 27 oktyabr 2023

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin qiymeti