Nazir: "Vətəndaşların 39 %-nin genişzolaqlı internetə çıxışı var"
Azərbaycan vətəndaşlarının 39 %-nin genişzolaqlı internetə çıxışı təmin olunub.
Bunu Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Onun sözlərinə görə, gələn ilin sonuna bu rəqəm 100 % olacaq.
"Biz Xəzər dənizinin dibi ilə yeni internet xəttinin çəkilməsinə nail olduqdan sonra ev təsərrüfatlarının hamısının genişzolaqlı internetə çıxışı olacaq. Qarşımızdakı vəzifələrdən biri də rəqəmsallaşmanı genişləndirmək və kibertəhlükəsizliyi təmin etməkdir. Dünya İqtisadi Forumunun məlumatına görə, dünya əhalisinin 46 %-i kibertəhlükəsizlikdən əziyyət çəkir. Bunu nəzərə alaraq biz bu sahədə ekspertlərin hazırlanması üçün işləyirik. Rəqəmsal transformasiya istiqamətində atdığımız addımlara internetin orta sürətinin artırılması, 5 G yeni nəsil internet şəbəkəsinin inkişafı daxildir", – deyə nazir qeyd edib.
O, həmçinin əlavə edib ki, Azərbaycanda tezliklərin səmərəli istifadəsi üçün nazirlik tənzimləyici qurum olaraq nəzarət tədbirlərini davam etdirir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?