Nazirlər Kabineti siyasi partiyalara ianələrin verilməsi ilə bağlı qayda hazırlayacaq
Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmana əsasən, Nazirlər Kabineti "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Bundan başqa hökumət üç ay müddətində həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını, eyni zamanda həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Ən bahalı otellər hansılardır?
Cash Back nədir?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları