Nazirlik rəsmisi: 'Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər
Azərbaycan qlobal istiləşmənin qarşısının alınması üçün könüllü olaraq üzərinə bir sıra öhdəliklər götürüb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun sözlərinə görə, həmin öhdəliklərdən biri atmosferə atılan qazların həcminin 35 % azaldılmasıdır: "Əgər əvvəllər bizdə elektrik enerjisinin istehsalı mazut hesabına həyata keçirilirdisə, indi biz onu təbii qazla əvəz etməklə həmin dediyimiz 35 % azalmaya nail olmuşuq. Beynəlxalq təşkilatlarla əməkdaşlığa, gələcək perspektivə əsaslanaraq, biz azalmanı hətta 40 %-ə çatdıra biləcəyini bildirmişik.
İri sənaye dövlətləri - ABŞ, Kanada, Yaponiya, Çin, Rusiya və digər ölkələrlə müqayisədə iqlim dəyişilməsinə səbəb olan qazların buraxılması baxımından bizim töfhəmiz azdır. Lakin biz də istəyirik ki, bu təsirə məruz qalan bir ölkə kimi bu məsələdə lazımi qədər aktiv olaq".
Rafiq Verdiyev deyib ki, qlobal temperaturun artması Azərbaycanı hər şeydən öncə ciddi su qıtlığı ilə üz-üzə qoyacaq: "Temperaturun son 30 ildə 1,4 dərəcə artması, yağıntının 10-15 % azalması, son dövrdə quraqlıq illərin çoxalması onu göstərir ki, su resurslarımız 15 % azalıb. Bəzi ərazilərdə səhralığa meyillik artıb. Quru ərazilər genişlənir və bu da həmin o landşaftda şaquli istiqamətində dağlara doğru iqlimin sərtləşməsinə gətirib çıxarır.
Əgər havaya atılan karbon qazının miqdarı lazımi həddə tənzimlənməsə, hadisələr Azərbaycan üçün daha əlverişsiz ssenari üzrə cərəyan edər. Karbon qazının miqdarını lazımı hüdudda tənzimləmək mümkün olmasa, temperatur 4 dərəcə və daha çox arta bilər. Bu da o deməkdir ki, yağıntılar ciddi miqdarda azala bilər. Həmçinin, su resurslarımızın 30-35 % azalması ehtimalı var.
Temperatur 4 dərəcədən çox artarsa, buxarlanma çoxalarsa, ölkəmizin su resursları azala bilər. Bu da Xəzər dənizinə daxil olan suların azalmasına, dənizin səviyyəsinin bir neçə metr də aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə də uyğunlaşma tədbirləri keçirilməlidir. Beynəlxalq qurumlarla, Yaşıl iqlim fondu, BMT-nin digər təşkilatları, Qlobal ətraf mühit fondu və s. təşkilatlarla əməkdaşlıq edirik. Həmin o əməkdaşlıq çəçivəsində milli uyğunlaşma planı hazırlanır".
Nazirlik rəsmisi hesab edir ki, Azərbaycan ilk növbədə suya qənaət texnologiyaları tətbiq etməlidir: "Suvarma üçün götürülən suyun torpaq kanallarda itməsinin qarşısı alınmalıdır. Araşdırmalara görə, suvarma üçün mənbələrdən hər il 12 milyard kubmetr su götürülür və bunun 4 milyard kubmetrdən çoxu yolda itir. Suvarmada modern texnologiyaların olmaması üzündən götürülən suyun 2 milyard kubmetri də sahələrdə itir. Yəni suvarma üçün götürülən suyun yarıdan çoxu itkiyə gedir. Azərbaycan məhz bu amili nəzərə almalı, enerji böhranının qaçılmaz etdiyi qlobal istiləşmənin gözlənilən fəsadlarına belə problemlərin həlli ilə hazırlaşmalıdır".

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları