Neft Fondu tullantı biznesinə yatırım edə bilər – FONDDA GÖRÜŞ - FOTOLAR

Neft Fondu tullantı biznesinə yatırım edə bilər – FONDDA GÖRÜŞ - FOTOLARAzərbaycan Dövlət Neft Fondu müxtəlif ölkələrdə, o cümlədən Cənub-Şərqi Asiya regionunda alternativ enerji və tullantıların idarə edilməsi biznesinə yatırım edə bilər.
FED.az xəbər verir ki, bu məsələ Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadovun Çinin "China Energy International Group Co., Ltd." ("CEEC International") şirkətinin sədri Syaodan Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.
Xatırladaq ki, Fond və "CEEC International" şirkəti 2025-ci il 8 sentyabr tarixində Anlaşma Memorandumu imzalayıblar. Budəfəki görüşdə tərəflər əməkdaşlığın dərinləşdirilməsi, yeni birgə investisiya imkanları müəyyən etmək və əməkdaşlıq mexanizmləri barədə müzakirə aparıblar.
Görüşdə Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya regionlarında bərpa olunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin və digər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Çinin "CEEC International" şirkəti energetika, su təsərrüfatı, sement sənayesi və digər irihəcmli infrastruktur sahələri üzrə Çində və beynəlxalq miqyasda investisiya və xidmətlər təqdim edən, layihələrin bütün mərhələlərini əhatə edən sistemli və açar həllər təklif edən iri sənaye konqlomeratıdır.
"CEEC International" adıçəkilən qrupun struktur vahidi olaraq, Çindən kənar beynəlxalq biznes fəaliyyətinin idarəedilməsi və beynəlxalq layihələrin icrasına və əməkdaşlığa rəhbərlik funksiyasını yerinə yetirir.

İnvestisiya     Tarix: 31 oktyabr 2025

Oxşar xəbərlər

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb. biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbə

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır

Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. "30 il əvvə


iqtisadi xeberler telefonla pul qazanmaq rubl mezenne bitcoin valyuta kurslari