Neft OPEC+ qərarları ardından bahalaşaraq 85 $/barel səviyyəsini keçib
Neft qiymətləri Asiya birjalarında OPEC+ alyansının əvvəlki gün daha çox hasilatı azaltmağı planlaşdırması ardından bir qədər də bahalaşaraq 85 dollar/barelin üzərində müvəqqəti yer edib.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 41 sent və ya 0.5% bahalaşaraq barrel üçün 85.34 dollar olub. ABŞ-ın WTI xam neftinin fyuçersləri 41 sent və ya 0.5% artaraq 80.83 dollar/barel olub.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya da daxil olmaqla, OPEC+ kimi tanınan müttəfiqlərin bazar günü hasilat hədəflərini gündəlik daha 1.16 milyon barel azaltmaq planlarını elan etməsindən sonra hər iki neft markası bazar ertəsi 6%-dən çox bahalaşdı.
Hesablamalara görə, OPEC+ tərəfindən hasilatların ümumi həcmini 3.66 milyon barelə çatdırır, o cümlədən ötən ilin oktyabrında 2 milyon barel azalma qlobal tələbatın təxminən 3.7%-nə bərabərdir.
OPEC+ hasilatının məhdudlaşdırılması əksər analitiklərin Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını ilin sonuna qədər 100 dollar/barel səviyyəsinə yüksəltməsinə səbəb olub. "Goldman Sachs" Brent nefti üçün proqnozunu bu ilin sonuna kimi 95 dollar/barelə, 2024-cü il üçün isə 100 dollara qaldırıb.
Bununla belə, bu xəbər investorların biznes və istehlakçılar üçün artan xərclərlə bağlı narahatlıqlarını artıraraq, neft qiymətlərinin artması nəticəsində dünya iqtisadiyyatına inflyasiya zərbəsinin daha çox faiz artımı ilə nəticələnəcəyinə dair qorxuları artırdı.
Bazar ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanın soyuması üçün faiz dərəcələrini artırmağa nə qədər vaxt ehtiyacı ola biləcəyini və ABŞ iqtisadiyyatının resessiyaya doğru gedib-gəlməyəcəyini ölçməyə çalışırlar.
ABŞ-da istehsal fəaliyyəti mart ayında təxminən üç ilin ən aşağı səviyyəsinə düşüb. İndi hesab edilir ki, sərt kredit və daha yüksək borclanma xərcləri səbəbindən daha da azala bilər.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İnstaqramda biznes qurmağın yolları
1000 manatla hansı biznesi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət