Neft-qaz sektorunda emissiyaların azaldılmasına 600 mlrd. dollar tələb oluna bilər
Dünyada neft və qaz hasilatının emissiya intensivliyini yarıya endirmək üçün 600 mlrd. dollar investisiya tələb olunacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında bildirilir.
"2030-cu il üçün qlobal miqyasda neft və qaz hasilatının emissiya intensivliyini iki dəfə azaltmaq üçün 600 mlrd. dollarlıq ilkin investisiya tələb olunacaq. Bu, 2022-ci ildə neft və qaz istehsalçılarının əldə etdiyi rekord gəlirin yalnız bir hissəsidir", – hesabatda qeyd olunur.
IEA qeyd edir ki, neft və qaz şirkətlərinin fəaliyyəti 2022-ci ildə 5.1 mlrd. ton karbon qazı ekvivalenti (CO2) emissiyasına səbəb olub. Energetika ilə bağlı qlobal emissiyalar isə ötən il 40 giqaton təşkil edib. Beləliklə, neft və qaz sənayesi enerji sektorunda CO2 emissiyalarının təxminən 15%-nə görə cavabdehdir. / banker.az
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir